HAQQIMIZDA

HAQQIMIZDA

Mərkəzimiz öz müştərilərinə hər növ özəl Proqram təminatının hazırlanması, internet servis xidmətləri, internet səhifələrinin dizayn edilməsi, internet hosting və domain xidmətləri, hər növ İnteqrasiya sistemlərinin işlənib hazırlanması və tətbiqi, kompüter və şəbəkə avadanlığının, proqram məhsullarının satış, lokal şəbəkələrin quraşdırılması və dəstəyi, informasiya texnologiyaları sahəsində konsaltinq xidmətləri sahəsində “Kompleks Xidmət” göstərir. Mərkəzimizdə iki şirkət "Sürət Texnologiya" və "PowerSoft" şirkətləri fəaliyyət göstərir.

Mərkəzimiz qurulduğundan bu yana bu sektorda özünü davamlı inkişaf etdirən bir quruluşa malikdir. Hazırlanan proqramların və İnternet səhifələrinin sadə və rahat olmasına diqqət etməkdədir. Müəssisələrin ehtiyacına uyğun xüsusi proqramlar hazırlayaraq bu müəssisələrin işlərini asanlaşdırmağı qarşımıza məqsəd olaraq qoymuşuq. %100 Müştəri Məmnuniyyəti şüarımız ilə sizlərdən gələn istək və təkliflər göz önünə alınaraq yüksək xidmət davamlı aktual tutulmaqdadır. İnkişaf edən texnologiya hər keçən gün dünyanı sürətlə dəyişdirir və yenidən formalaşdırır. Bu yenidən formalaşmada sizə "Kompleks Xidmət" təqdim edərək şirkətimizin kompüter texnologiyasına uyğunlaşmasını təmin edirik.

Zamanınıza dəyər qatmaq üçün varıq...

BİZ NƏ EDİRİK?

QRAFİK DİZAYN

VEB DİZAYN

PROQRAMLAŞDIRMA

İŞIQLI İDEYALAR

MOBİL TƏTBİQLƏR

TEXNİKİ XİDMƏT

HƏLLƏRİMİZ

“Sənədlərin Arxiv şəklində saxlanılması, emalı, axtarışı və oxunması üçün proqram təminatı

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Siyası sənədləri üçün hazırlanmış arxiv proqramı sənədlərin arxiv şəklində saxlanılması, emalı, axtarışı və oxunması üçün nəzərdə tutulmuşdur. Bildiyimiz kimi fiziki olaraq istənilən məlumatın sürətlə axtarışı mümkün deyil. Lakın sənədlərin elektron formada saxlanılması və lazım olduğu zaman çox sürətlə proqram vasitəsilə axtarılıb tapılması və oxunması işi çox asanlaşdırır. Bundan əlavə, proqram vasitəsilə insanın fiziki edə bilmədiyi xeyli miqdarda analizlər etmək, sorğular aparmaq mümkündür. Belə ki, daxil olunmuş sənədlərin təsnifatına görə, illərinə görə, regionlarına görə istədiyimiz mürəkkəblikdə sorğunu çox asanlıqla əldə edə bilirik. Sənədlərin emalını aparan və onların arxivini saxlayan istənilən idarə üçün çox yararlı bir proqram təminatıdır.

Kənd Təsərrüfatı Nazirliyi - www.azagromarket.az

İstehsalçı fermerlərin məhsullarının satışına dəstək məqsədi ilə hazırlanmış veb resursudur. Bu "Biznes tu Biznes" və "Biznes tu Klayent" məntiqi ilə hazırlanmış internet portalıdır. Portal kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə elektron ticarətinin aparılması və kənd təsərrüfatı məhsulların satışı ilə məşğul olan satıcılarla alıcıları bir ortamda görüşdürmək üçün nəzərdə tutlmuşdur

Elektron Sənəd Dövrüyyəsi

Azərbaycan Respublikasının Birinci Xanımının təminatı sektoruna daxil olan müraciətlərin, xidməti sənədlərin, təbrik və dəvətnamələrin vahid sistem tərəfindən qeyd edilməsi, uçotunun aparılması, müxtəlif hesabatların hazırlanması məqsədi ilə hazırlanmış proqram təminatıdır. Proqram təminatında aşağıdakı modullar hazırlanmışdır: • Administrativ modul • Vətəndaşların müarciətlərinin qeydiyyatı modulu • Xidməti sənədlərin, təbrik və dəvətnamələrin qeydiyyatı modulu • Hesabatlar modulu • Axtrış modulu

Xəbərlərin bir pəncərəyə toplanması sistemi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Əlaqələr Şöbəsinə xəbərlərin bir pəncərədən axtarılmasını, təsnifatlanmasını, oxunmasını, nəticələrlə əlaqədar təşkilata məlumat verilməsini, analiz edilməsini və arxivlənməsini təmin etmək üçün tərtib edilmişdir. Bütün yerli və xarici mətbuatı, doğru, tam və sürətli bir şəkildə daranması, qeyd altına alınması və sistemli bir şəkildə təqib edilməsi üçün çox əlverişli bir sistemdir

Test imtahanlarnın nəticələrinin oxunması və dəyərləndirilməsi üçün hazırlanan proqram təminatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Optik Oxuyucu ilə təmin olunması və test imtahanlarının nəticələrinin oxunması, dəyərləndirilməsi üçün proqram təminatının hazırlanması. Optik oxuyucu, optik formalara kodlaşdırılan işarələri infraqırmızı (enfraruj - əks olunan işıq) metodu ilə oxuyaraq kompüter mühitinə köçürülməsi əməliyyatını reallaşdıran texnoloji bir cihazdır. Optik oxuyucular başda təhsil sektoru olmaq üzrə kurslar , imtahan və ya anket qiymətləndirmə mərkəzləri, mərkəzi imtahan edən təşkilatlar, məktəblər, xəstəxanalar, qısacası optik forma istifadə ötürülməsi ehtiyacı olan təşkilatlar üçün inkişaf etdirilmişdir. Qiymətləndirmə, şübhəsiz bu mövzu üçün xüsusi olaraq hazırlanmış proqramlar tərəfindən edilməlidir. Bu cür proqramları firmamızdan təmin edə biləcəyiniz kimi var olan proqramlar üçün də optik oxuyucularımızın istifadə edə bilərsiniz. Uzun illərdir təhsil və bir çox sektorda istifadə edilən Yaponiya markası olan SEKONIC marka optik oxuyucularının Azərbaycan üzrə distribyutoruyuq və bütün modelləri şirkətimiz tərəfindən olkəmizə idxal edilməkdədir.

Sərəncam və Fərmanların icrasına nəzarət üçün hazırlanmış proqram təminatı

Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş sərəncam və fərmanların icrasına nəzarət edərkən icra edən qurumlara verilmiş tapşırıqlar və bu tapşırıqlarla əlaqədar daxil olan və çıxan məlumatların bir bazaya toplanması üçün hazırlanmışdır. Bu məlumat bazasında sürətli şəkildə hər hansı bir sorğuya cavab almaq üçün axtarış sistemi hazırlanmışdır ki bu da bu işə nəzarət edən şöbənin işini çox asanlaşdırır.

Ərzaq Məhsullarının Satın Alınması Layihəsi

Azərbaycan Respublikası Prezidentinin 11 Aprel 2016-cı il tarixli 859 nömrəli Fərmanın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalının yaradılması layihəsi. Bu layihənin məqsədi, "Ərzaq Məhsullarının Satın Alınması Layihəsi" Elektron portal və tam iş axınını idarə edə biləcək proqram təminatını hazırlamaqdır. Bu proqram təminatının vəzifəsi satınalan təşkilatların hansı ərzaq məhsullarına olan tələbatını təyin etmək və bu təlabatı əsasən yerli istehsalçıların istehsal etdiyi ərzaq məhsullarının alınıb, çatdırılmasını təmin etmək üçün bir vasitədir.

Elektron Məlumat bazası

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi üçün Fəxri adların, medalların və ordenlərin vahid elektron məlumat bazasının hazırlanması məqsədilə hazırlanmış proqram təminatıdır. Proqram təminatında aşağıdakı modullar hazırlanmışdır: • Administrativ modul • Fəxri adlar, Orden və Medallar modulu • Fərman və Sərəncamlar modulu • Milli Elmlər Akademiyası modulu

PARTNYORLARIMIZ

TAMAMLANMIŞ İŞLƏR

44+

CARİ İŞLƏR

6+

RAZI MÜŞTƏRİLƏR

44+

İŞLƏRİMİZ

XİDMƏTLƏRİMİZ

PROQRAM TƏMİNATININ HAZIRLANMASI

Bu gün istənilən sahə ilə məşğul olan müəssisədə maliyyə idarəçiliyi, istehsalın planlaşdırılması, işçi sənədlərin dövriyyəsi, müştərilərlə qarşılıqlı münasibətlərin idarə olunması, satış və təchizat işlərinin idarə olunması, heyətin idarə olunması kimi proseslər həyata keçirilir. Şirkətimiz bu proseslərin avtomatlaşdırılması üçün zəruri infrastrukturu təmin edir və inteqrasiya edilmiş həllər işləyib hazırlayaraq tətbiq edir. Hal-hazırda istehsal proseslərinin avtomatlaşdırılması təkcə daxili təşkilat proseslərinin optimallaşdırılması vasitəsinə yox, həm də sərt rəqabət şəraitində sırf zərurətə çevrilmişdir. Məhz proseslərin avtomatlaşdırılması istənilən təşkilata işlərin sürətləndirilməsində və investorların gözündə onların cazibədarlığını artırmaqda köməklik göstərir, həm operativ, həm də strateji qərarların qəbul edilməsində rəqibləri qabaqlamağa imkan yaradır. Biz biznesin müxtəlif sahələri - ticarət, distribütor və istehsal sahələri üçün dünyanın aparıcı şirkətləri tərəfindən işlənib hazırlanmış nəzəri modellərdən istifadə edirik. Bizim mütəxəssislərimiz, biznesin gələcək avtomatlaşdırılmasının əsaslanacağı şirkətin informasiya sistemini hərtərəfli şəkildə öyrənirlər.

WEB STUDIO

Web Studiomuz birsəhifəlik promo-saytlardan tutmuş, mürəkkəb çoxsəviyyəli və çoxməqsədli portallaradək istənilən mürəkkəblik səviyyəsinə malik veb-saytların işlənib-hazırlanması və yaradılması üzrə tam xidmətlər kompleksini təklif edir. Əməkdaşlarımızın peşəkarlığı və təcrübəsi Sifarişçinin qarşıya qoyduğu məqsədləri dəqiq müəyyənləşdirməyə və onun niyyətlərini peşəkarcasına həyata keçirməyə imkan verir. Bizim tərtibatçılarımız Sizin firma üslubunuza zidd olmayan, əksinə, bu üslubun elementlərini nəzərə çarpdıran İnternet-layihəsinin tərtibatı üzrə orijinal və yüksək zövqlü variantlar təklif edəcəklər. Saytların yaradılmasında biz, Sizin rəqiblərizin saytlarının layihədənqabaqkı təhlilindən tutmuş, veb-interfeysin əlverişliliyinin və saytın axtarış optimizasiyası amillərinin sınaqdan keçirilməsinədək, effektli nəticənin əldə olunmasına təsir göstərən hər bir xırdalığa diqqət yetiririk.

DOMAİN VƏ HOSTİNQ XİDMƏTİ

Siz cəmi bir gün ərzində istədiyiniz domain-ə sahib ola bilərsiniz. Domeinlərimiz ICANN lisenziyali olduğu üçün onlara 100% zəmanət veririk. Domeinlərin bütün parametrlərini (DNS-lərini və s. ) istənilən zaman(3 aydan bir) problemsiz dəyişə bilərsiniz. Hər hansı bir hostinq planı sifariş etdikdə siz domain-lərin qeydiyyatı üçün güzəşt əldə edirsiniz. Biz Sizə professional və keyfiyyətli xidmət təklif edirik.

Əgər siz internet səhifələrinizin çox sürətlə işləməsini istəyirsinizsə İnternet səhifələrinizi xaricdə yerləşən, yüksək sürətli İnternet kanalları ilə təchiz olunan etibarlı serverlərimizdə yerləşdirin. Biz Sizə professional və keyfiyyətli xidmət təklif edirik.

LOKAL ŞƏBƏKƏLƏRİN QURULMASI

LAN şəbəkələrinin (simli və simsiz - WiFi local şəbəkələr) tətbiqi;

WAN şəbəkələrinin (korporativ şəbəkələr) tətbiqi;

İnformasiya sistemlərinin resurslarına məsafədən çıxışın təşkil edilməsi;

Çoxfunksiyalı korporativ şəbəkələrin tətbiq edilməsi;

Telekommunikasiya şəbəkə infrastrukturlarının yaradılması/müasirləşdirilməsi;

Avadanlığıa texniki dəstək;

Korporativ səviyyəli (server özəyinin qurulması) server həllərinin tətbiqi;

Sabit (klaster) korporativ səviyyəli server həllərinin tətbiqi;

Mövcud server avadanlığının yeniləşdirilməsi;

Verilənlərin saxlanması sistemləri;

İnformasiya təhlükəsizliyi sistemləri;

SEKONİC OPTİK OXUYUCULARI

Optik oxuyucu, optik formalara kodlaşdırılan işarələri infraqırmızı (enfraruj - əks olunan işıq) metodu ilə oxuyaraq kompüter mühitinə köçürülməsi əməliyyatını reallaşdıran texnoloji bir cihazdır. Optik oxuyucular başda təhsil sektoru olmaq üzrə kurslar , imtahan və ya anket qiymətləndirmə mərkəzləri, mərkəzi imtahan edən təşkilatlar, məktəblər, xəstəxanalar, qısacas ı optik forma istifadə ötürülməsi ehtiyacı olan təşkilatlar üçün inkişaf etdirilmişdir. Qiymətləndirmə əməliyyatını optik oxuyucular etməməkdədir. Qiymətləndirmə, şübhəsiz bu mövzu üçün xüsusi olaraq hazırlanmış proqramlar tərəfindən edilməlidir. Bu cür proqramları firmamızdan təmin edə biləcəyiniz kimi var olan proqramlar üçün də optik oxuyucularımızın istifadə edə bilərsiniz. Optik oxuyucular müəyyən bucaqlarda əyri qeyd, diyircəkli qələmlə qeyd (opsiyonel) optik formaları oxuya bilməkdədir. Ancaq kserokopiya ilə təkrar, çox çox büzülmüş, çox köhnəlmiş, mətbəədən səhv çap olunmuş optik formaları oxuya bilməz. Firmamızda təmin edə optik formaların zəmanətli olduğunu xatırlatmaq istəyirik.

Uzun illərdir təhsil və bir çox sektorda istifadə edilən Yaponiya markası olan SEKONIC marka optik oxuyucularının Azərbaycan üzrə distribyutoruyuq və bütün modelləri şirkətimiz tərəfindən olkəmizə idxal edilməkdədir.

LAYİHƏLƏRİMİZ

ERP (İstehsal, anbar, market satış, mobil satış)

Istehsal modulu-İstehsal prosesini, yəni xammalın anbara girişindən başlayaraq ayrı-ayrı fazalar və bölmələr üzrə bütün prosesi avtomatlaşdırmağa kömək edir...

Anbar modulu - bir çox anbarı vahid mərkəzdən idarə etmə imkanı verir.

Market Satış modulu - mallarınız anbarınıza daxil olduğu andan etibarən satılana qədər bütün hərəkətlərini təqib edə, mal əsasında qazanc və ya zərərinizin hesabatını hazırlaya və rəflərinizdə satış hərəkətliliyi olmayan malları təsbit edə biləcəyiniz bir moduldur.

Mobil Satış modulu - paylama şəbəkəsinə sahib firmaların satış məlumatlarına nəzarət edə bilmələrini təmin edən avtomatlaşdırılmış sistemdir.

ONLINE KURS SİSTEMİ

Bu layihə online tədris və online özünü yoxlama (test) sistemindən ibarətdir. Sistem tək imtahan deyil, tam şəkildə bir ONLİNE KURS kimi fəaliyyət göstərir və davamlı yenilənəcəkdir. Bu sistem həm interaktiv, həmdə multimedia ilə geniş əhatə olunmuş şəkildə nəzərdə tutulmuşdur. Burada mövzuların konspektləri, animasiyalar, simulyasiyalar, videolar, təqdimatlar, ölçmə - dəyərləndirmə modulları nəzərdə tutulmuşdur. Burada hər bir istifadəçi üçün şəxsi kabinet yaradılır, sınaq imtahan on-line rejimində verilir, günün istənilən vaxtı internetə çıxış olan istənilən yerdən sınaq imtahan sisteminə qoşulmaq imkanı, verilən sınaq imtahanın nəticələrinin test sualları üzrə təhlil olunmuş dolğun məlumatının əldə olunması, istifadəçilərin imtahanlara psixoloji hazırlanması kimi finksiyalar hazırlanmışdır.

PERFORMANS DƏYƏRLƏNDİRMƏ SİSTEMİ

Performansın qiymətləndirilməsi şəxslərin, vahidlərin ya da şirkətlərin performanslarının bəzi standartlara görə ya da “eyni mövqedə işləyənlərin performansları” bazasında “qiymətləndirilməsini” özündə birləşdirən bir prosesdir. Daha çox rəhbərlərin əsəs rol aldığı və “Performansın İdarəedilməsi” adı ilə də bilinən proses performansın inkişafı, təlim ehtiyaclarının təyini, karyeranın inkişafı və motivasiya sistemlərinin həyata keçirilməsi cəhətdən olduqca mühim bir məlumat toplama sistemidir. Performans qiymətləndirmədə ən son və ən populyar yanaşmalardan biri çox qaynaqlı performans qiymətləndirmə sistemidir. Şirkətlərdə bir çox işçinin birlikdə işləməyə başlaması və onlarla əlaqəli fərqli perespektivlərdən daha əhatəli və doğru məlumat alma ehtiyacının yaranması 360 Dərəcə Performans Qiymətləndirmə sistemini ortaya çıxarmışdır.

ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ

İnformasiya texnologiyalarının hazirki inkişaf səviyyəsi, iri şirkətlər və bir sıra dövlət qurumlarında elekrton sənəd döbrüyyəsi sisteminin avtomatlaşdırılmasını stimullaşdırmışdır. Belə ki, müəssisəyə kənardan daxil olan sorğu və ya sənədlərə operativ reaksiya vermək bir ehtiyaca çevrilib. Müəssisə daxilində sənədlərin hərəkətinə nəzarətin olması və onun avtomatlaşdırılması eyni zamanda o sənədlərdən asılı olan iş prosesinin də sürətlənməsinə və ümumilikdə müəssisənin rentabelliyinin artmasına gətirib çıxarır.

KADRLARIN İDARƏ OLUNMASI - HR

Program təminatı müəssisə və təşkilatlarda kadr üzrə məlumatların aparılmasının avtomatlaşdırılmasi, məhz kadr üzrə sənədləşmənin aparılması, müəssisənin idarəetmə strukturu, ştat cədvəli, əməkdaşlarin şəxsi kartları kartotekası, ezamiyyət kartları, iş vaxtının uçotu tabeli maaş hesablama, maaş artırılma və azalması, tibbi sığorta məlumatları, standart hesabat formalarının hazırlanması, məlumat kitabçası üçün nəzərdə tutulan bir sistemdir. Proqram çox funksional olub, personllaırın işə davamiyyətini stimullaşdırmaq və əmək haqqlarının düzgün hesablanmasını təmin etmak üçün hazırlanmışdır.

INTEGRATION - KORPORATIV İNTRANET PORTAL

İntranet Portal - müəssisə daxilində olan tapşırıqların, layihələrin, sənədlərin informasiyaların effektiv və sürətli idarə olunması üçün hazırlanmış bir sistemdir. Sistemdə İşçilərin məlumatlarının sürətli axtarışı, Sənədlərin idarə edilməsi, Tapşırıq və layihələrin idarə edilməsi, İşçinin öz iş planının tutulması və idarə edilməsi, Daxili proseslərin avtomatlaşdırılmasi, Performans və təhlükəsizlik kimi modullar vardır.

SSM - Small Stock Manager

SSM - Small Stock Manager vahid mərkəzdən çox böyük olmayan və satışı ədədlə həyata keçirən mağazaların idarə edilməsini həyata keçirmək üçün hazırlanmış proqram təminatıdır. SSM proqram təminatı həm kompüter, həm planşet, həmdə mobil telefonlarda istifadə etmək üçün çox sadə, interaktiv və responsiv olaraq mobil texnologiyalardan da istifadə etməklə hazırlanmışdır. Proqram təminatından istifadə üçün internetin və kompüter , planşet və ya mobil telefonun olması kifayət edir. Sistem internet üzərindən işləyir və dünyanın hər hansı bir nöqtəsindən mağazanızın vəziyyətinə, satışlarına, kassaya tam şəkildə nəzarət etmək olur. Planşet və mobil telefonlardan istifadə edərkən Android sistemlərdə "Play Store"-dan, İOS sistemlərdə isə "App Store" -dan proqramın linkini yükləməklə istifadə etmək olur. Sistemdə aşağıdakı funksionallıqlar var: • Anbar əməliyyatları İdarəetmə • Mağaza əməliyyatları İdarəetmə • Satışı əməliyyatları İdarəetmə • Kassa əməliyyatları İdarəetmə • Müştərilərlə əlaqələri İdarəetmə • Təchizatçı əməliyyatları İdarəetmə

Mərkəzləşdirilmiş xəbər portalı

Mərkəzləşdirilmiş xəbər portalı internet üzərindən xəbər saytlarından xəbərlərin bir pəncərədən axtarılmasını, təsnifatlanmasını, oxunmasını, nəticələrlə əlaqədar təşkilata məlumat verilməsini, analiz edilməsini və arxivlənməsini təmin etmək üçün tərtib edilmişdir. Portalda 3 dildə olan məlumatlar, istifadəçi məlumatların oxunmalı olduğu veb saytın bir neçə parametrini daxil etməklə dərc olunana yeni məlumatları həmin veb saytdan oxuna bilməsi, bir neçə saytda təkrarlanan xəbər sistem tərəfindən avtomatik təyin edilir və fərqləndirilməsi, əvvəlcədən təyin edilmiş açar sözlərə uyğun məlumat oxunduqda istifadəçiyə bildiriş göndərilməsi kimi funksionallıqlar var.

PORTFOLİO

PORTFOLİO

ƏLA

ƏLAQƏ

Xəta baş verdi
Zəhmət olmasa saytın administrasiyasına baş vermiş xəta barəsində məlumat verəsiniz.

İsmarışınız uğurla göndərildi!

ƏLAQƏ VASİTƏLƏRİ


Bakı şəhəri, Əhməd Rəcəbli 1 küçəsi, 27A


(+994 12) 464-85-68


info@integration.az


www.integration.az